Azərbaycan milli komandasının futbolçusu Coşqun Diniyev Avro-2024-ün seçmə mərhələsinin Belçika ilə matçından öncə təşkil olunan mətbuat konfransında iştirak edib.
Sportal.az 28 yaşlı yarımmüdafiəçinin fikirlərini diqqətinizə çatdırır:
"Milli komandada oynamaq mənim üçün şərəfdir. Legioner həyatı yaşamaq qərarı verməyim milli ilə bağlıdır. Hər zaman yığmada oynamaq istəyirəm. Türkiyə və Azərbaycan futbolunu müqayisə etmək istəməzdim. Potensialımı yüksəltmək üçün yaxşı olacaq. Ümid edirəm ki, sabah yaxşı nəticə ilə xalqımızı sevindirə biləcəyik. Atletik cəhətdən fərq var arada. Məndə ən böyük mənfilərdən biri idi. Klubumda keçdiyim məşqlərdən sonra özümü daha yaxşı hiss edirəm. Belçika kimi komandaya qarşı atletik cəhətdən hazır olmalısan ki, yaxşı nəticəyə ümid edəsən".
Mirbağırağa
saytlarin hazirlanmasi