Azərbaycan milli komandası Avro-2024-ün seçmə mərhələsinin 5-ci turu çərçivəsində doğma meydanda Belçika seçməsini qəbul edir.
Sportal.az xəbər verir ki, yığmamızın bu matç üçün 23 nəfərlik sifariş ərizəsi müəyyənləşib.
Baş məşqçi Canni De Byazi 3 futbolçunun xidmətinə ehtiyac duymayıb. İtaliyalı mütəxəssis Amin Seydiyev ("Sabah"), Bəxtiyar Həsənalızadə ("Tuzlaspor", Türkiyə) və Ozan Can Kökçünün ("Eyndhoven", Niderland) adını 23 nəfərlik heyətə daxil etməyib.
Qeyd edək ki, Azərbaycan - Belçika qarşılaşması bu gün saat 17:00-da "Dalğa Arena"da baş tutacaq.
saytlarin hazirlanmasi