Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov İordaniya ilə keçiriləcək yoldaşlıq oyunundan öncə mətbuat konfransında iştirak edib.
Sportal.az 31 yaşlı yarımmüdafiəçinin fikirlərini diqqətinizə çatdırır:
- Baş məşqçinin də dediyi kimi oyuna ciddi hazırlaşırıq. Yoldaşlıq oyunu olsa belə, məqsədimiz oktyabr ayındakı oyunlarda bir-birimizi daha yaxşı başa düşməkdir. Onun üçün də hazırlaşırıq. Bu oyun da bizə kömək etməlidir. Sabah qalib gəlmək istəyirik. Yaxşı komandaya qarşı oynayırıq. Rəqibin sürəlti əks-hücumları var. Çalışacağıq ki, öz oyunumuzu göstərək.
- Yəqin ki, Belçika ilə matçda qol epizodundan yararlana bilməməyinə çox üzüldün. Həmin epizodu necə xatırlayırsan?
- Həmin epizod qol olamlı idi. Yaxşı şans idi. Açığı, elə bilirdim ki, rahat vuracam. Rahatlıq məni çaşdırdı. Oyundan sonra səhərə kimi onu düşündüm. Amma yenə də qaldı keçmişdə. Gələcəkdə yaxşı olar.
- Son vaxtlar deyirlər ki, Emin Mahmudov əvvəlki formasında deyil. Razısan bu fikirlə? Razısansa, buna səbəb nədir səncə?
- Məncə, tam belə deyil. Keçən il daha çox qol vururdum, gözə dəyirdim bəlkə də. Epizodlarım da çox olurdu. Bu mövsüm açığı, Belçika matçında epizodum yox idi ki, vura bilməyim. Formada yox, sadəcə "Neftçi"də təzə məşqçiyə uyğunlaşıram. Yaxşı, yoxsa pis, deyə bilmərəm. Axırıncı oyunda qol ötürməsi etdim. Bəlkə bu mənə kömək edər.
Mirbağırağa
saytlarin hazirlanmasi