"Yuventus"un sabiq futbolçusu Leonardo Bonuççi Turin təmsilçisini məhkəməyə verməyə hazırlaşır.
Sportal.az xəbər verir ki, 36 yaşlı müdafiəçi klubun ona məşq şəraiti yaratmadığını və peşəkar imicinə xələl gətirdiyini idda edir. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
İtaliya millisinin sabiq üzvü əldə olunacaq istənilən qazancı xeyriyyə məqsədi ilə xərcləyəcək. Təcrübəli arxa xətt oyunçusu Turində xəstəxanaya yerləşdirilən uşaqların ailələrinə dəstək olmaq məqsədilə gəliri "Neuroland" xeyriyyə təşkilatına bağışlayacaq.
Qeyd edək ki, Leonardo Bonuççi yay transfer pəncərəsi zamanı "Yuventus"dan ayrılaraq "Yunion Berlinə"ə keçib.
saytlarin hazirlanmasi