2022/2023 mövsümünün sonunda "İnter"dən ayrılan Samir Handanoviç gələcəyi ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, slovakiyalı qapıçı karyerasını bitirəcək. 39 yaşlı qolkiper yaxın günlərdə qərarını açıqlayacaq.
Təcrübəli "əlcək sahibi" "İnter"də idarəçi və ya məşqçi vəzifəsində çalışa bilər.
Qeyd edək ki, Samir Handanoviç 2012-2023-cü illər arasında "İnter"də çıxış edib. O, Milan təmsilçisinin heyətində 455 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi