İngiltərənin "Mançester Siti" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, Premyer Liqanın son çempionu Kayl Vokerin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərə millisinin üzvü 2026-cı ilin yayına kimi "şəhərlilər"ə məxsus olacaq.
Qeyd edək ki, "Mançester Siti" Kayl Vokeri 2017-ci ilin yayında "Tottenhem"dən transfer edib. 33 yaşlı sağ cinah müdafiəçisi cari mövsümdə komandanın heyətində 6rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi