İngiltərə Premyer Liqasında 2022/2023 mövsümünün avqust ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Sportal.az xəbər verir ki, başa çatan ayın ən yaxşısı adına "Tottenhem"in yarımmüdafiəçisi Ceyms Meddison seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, "Tottenhem" Ceyms Meddisonu mövsümün əvvəlində "Lester Siti"dən transfer edib. 27 yaşlı futbolçu avqust ayında Premyer Liqada meydana çıxdığı 3 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi