İtaliya A Seriyasında baş məşqçi istefası gerçəkləşib.
Sportal.az xəbər verir ki, "Empoli" Paolo Zanetti ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
40 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilib. Onun istefaya göndərilməsinin əsas səbəbi komandanın ölkə çempionatında "Roma"ya 0:7 hesabı ilə məğlub olmasıdır.
Qeyd edək ki, Paolo Zanetti 2022-ci ilin iyun ayından "Empoli"ni çalışdırırdı.
saytlarin hazirlanmasi