"Mançester Yunayted"də itkilərin sayı artdı

20:54 - 19 Sentyabr 2023

Çempionlar Liqası qrup mərhələsinin ilk turunda "Bavariya"nın qonağı olacaq "Mançester Yunayted"də zədəli oyunçuların sayı artıb.

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın müdafiəçisi Harri Maquayr sıradan çıxıb. 30 yaşlı arxa xətt oyunçusu komandanın məşqi zamanı zədələnib.

"Mançester Yunayted"in heyətində Aaron Van-Bissaka, Meyson Maunt, Rafael Varan zədəlidir. Jeydon Sanço ilə Antoni isə əsas komandadan kənarlaşdırılıb.

Qeyd edək ki, "Bavariya" - "Mançester Yunayted" qarşılaşması sabah Bakı vaxtilə saat 23:00-da baş tutacaq.

Xəbər xətti