İtaliyanın "Milan" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisinin qapıçısı Mayk Menyan sıradan çıxıb. 28 yaşlı qolkiper Çempionlar Liqası qrup mərhələsinin "Nyukasl"la matçında (0:0) zədələnib.
Fransalı futbolçu təxminən iki həftə yaşıl meydanlardan uzaq qalacaq. O, ölkə çempionatının "Verona" və "Kalyari" ilə oyunlarını buraxacaq.
Qeyd edək ki, "Milan" Mayk Menyanı 2021-ci ilin yayında "Lill"dən transfer edib. Fransa millisinin üzvü cari mövsümdə "rossonerilər"in heyətində meydana çıxdığı 5 rəsmi matçda qapısında 7 qol görüb. O, iki görüşdə çərçivəni toxunulmaz saxlamağı bacarıb.
saytlarin hazirlanmasi