"Arsenal"lılara həyatlarının ən qorxulu anlarını yaşadacağıq"

19:20 - 22 Sentyabr 2023

İngiltərə Premyer Liqasının 6-cı turunda "Arsenal"la qarşılaşacaq "Tottenhem"in baş məşqçisi Anje Postekoqlu yerli mətbuata açıqlama verib.

Sportal.az xəbər verir ki, avstriyalı mütəxəssis matçdan öncə iddialı danışıb. O, rəqibə görə oyun planında dəyişiklik etməyəcəyini bildirib:

"Arsenal"la matçda oyun planımızda dəyişiklik olmayacaq. Meydana çıxacağıq və onlara həyatlarının ən qorxulu anlarını yaşadacağıq. "Arsenal" bizdən qorxsun".

Qeyd edək ki, "Arsenal" - "Tottenhem" qarşılaşması 24 sentyabr tarixində Bakı vaxtilə saat 17:00-da start götürəcək. 5 turdan sonra hər iki komandanın 13 xalı var.

Xəbər xətti