"Mançester Yunayted"dən çətin səfər qələbəsi - VİDEO

11:12 - 24 Sentyabr 2023

İngiltərə Premyer Liqasında 6-cı turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" səfərdə "Börnli"nin qonağı olub. Qarşılaşma "qırmızı şeytanlar"ın minimal hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 9-a yüksəldən "Mançester Yunayted" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. 1 xalı olan "Börnli" isə sonuncu yerdədir.

"Börnli" - "Mançester Yunayted" 0:1

Qol: Bruno Fernandeş, 45

Xəbər xətti