"Milan"ın zədəli futbolçusu Rade Kruniçin durumu müəyyənləşib.
Sportal.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin sağ ayaq əzələsi dartılıb. Bosniya və Herseqovindadan olan orta xətt oyunçusu bir ay yaşıl meydanlardan uzaq qalacaq.
O, A Seriyasında "Kalyari", "Latsio", Çempionlar Liqasında isə "Borussiya" ilə matçları buraxacaq.
Qeyd edək ki, "Milan" Kruniçi 2019-cu ilin yayında "Empoli"dən transfer edib. Futbolçu cari mövsümdə "qırmızı-qara" formada 6 oyun keçirib.
saytlarin hazirlanmasi