AFFA-nın Apellyasiya Arbitraj Tribunalı futbolçu Pyer Zebli ilə bağlı "Zirə" klubunun apellyasiya şikayətini qismən təmin edib.
Sportal.az qurumun saytına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçinin 2 oyunluq cəzasının çəkilməmiş hissəsi, yəni 1 oyunluq cəza şərti tətbiq edib.
Oyunçuya şərti cəzanın çəkilməsinə görə 3 ay sınaq müddəti təyin edilib. Futbolçu bu müddət ərzində törədilən qayda pozuntusuna görə əlavə 1 oyunluq cəza alacaq. "Zirə"nin 1500 manat məbləğində cərimələnməsi qüvvədə saxlanılıb.
Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilib.
saytlarin hazirlanmasi