David Alaba millimizə qarşı oynamayacaq

17:54 - 28 Sentyabr 2023

Avro-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin qonağı olacaq Avstriya yığmasında zədəli oyunçuların sayı artıb.

Sportal.az xəbər verir ki, müdafiəçilər David Alaba və Stefan Poş Bakıdakı görüşdə iştirak etməyəcək. Hər iki futbolçu zədəlidir.

Marko Arnautoviçin də zədə səbəbindən millimizə qarşı oynamayacağı daha əvvəldən bəlli idi.

Qeyd edək ki, Azərbaycan - Avstriya qarşılaşması 16 oktyabr tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Xəbər xətti