İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Lisandro Martines sıradan çıxıb.
Sportal.az xəbər verir ki, argentinalı müdafiəçi aprel ayında aldığı zədəni yeniləyib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı arxa xətt oyunçusu ayaq barmağından zədə almışdı. Mərkəz müdafiəçisi uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.
"Qırmızı şeytanlar"ın digər müdafiəçisi Serxio Requlion da zədə səbəbindən Premyer Liqanın "Kristal Pelas"la matçında iştirak etməyəcək.
saytlarin hazirlanmasi