"Mançester Yunayted" sevgilisinə təcavüz etməkdə ittiham olunan Antoni ilə bağlı qərarını dəyişib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi əsas komandadan uzaqlaşdırılan braziliyalı vingeri əfv edib. 23 yaşlı ön xətt oyunçusu əsas komandaya qaytarılıb.
Antoni ilə bağlı araşdırmalar davam etdirilir. Futbolçunun günahı sübuta yetirilsə, klub "sambaçı" ilə bağlı qərarını yenidən nəzərdən keçirəcək.
Qeyd edək ki, "Mançester Yunayted" Antonini ötən ilin yayında "Ayaks"dan transfer edib. Braziliyalı millisinin üzvü cari mövsümdə Premyer Liqada 4 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi