"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq komandaların sıx qrafiki ilə bağlı açıqlama verib.
Sportal.az xəbər verir ki, niderlandlı mütəxəssis təqvimin sıxlığından şikayətlənib. O, futbolçuların bu cür qrafikə dözə bilmədiklərini bildirib:
"Ötən mövsümün ortasında dünya çempionatı var idi. Buna görə də mövsüm uzun çəkdi. FA Kuboku, daha sonra Millətlər Liqası... Buna görə də az istirahət etdik. Hər il təqvim genişlənir. Oyunçuların üzərinə çox böyük yük düşür. Digər həmkarlarım da bu mövzuya diqqət çəkiblər. Amma yenə də təqvim genişlənməyə davam edir. Futbolçular artıq sıx qrafikə dözə bilmirlər. Bunu bir çox komandada görə bilərsiniz".
saytlarin hazirlanmasi