İngiltərənin "Nyukasl" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin yarımmüdafiəçisi Harvi Barns sıradan çıxıb. 25 yaşlı vingerin zədəsi ciddidir.
İngiltərə millisinin üzvü 2023-cü il bitənə kimi komandasına kömək edə bilməyəcək. O, mövsümün ikinci yarısında yaşıl meydanlara qayıdacaq.
Qeyd edək ki, "Nyukas" Harvi Barnsı mövsümün əvvəlində "Lester Siti"dən transfer edib. Futbolçu "sağsağanlar"ın heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi