"Mançester Yunayted"də qış transfer pəncərəsi zamanı ayrılıq gerçəkləşə bilər.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Ceydon Sanço ilə yollarını ayırmağı planlaşdırır. Bu barədə "Sky Sports" nəşri məlumat yayıb.
"Qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haq 23 yaşlı vingerin performansından narazıdır. Əsas komandadan uzaqlaşdırılan futbolçu özü də daha çox oynayacağı bir kluba getmək istəyir.
İngiltərə millisinin üzvünün qışda icarəyə göndəriləcəyi və ya satılacağı gözlənilir.
Qeyd edək ki, "Mançester Yunayted" Ceydon Sançonu 2021-ci ilin yayında Dortmund "Borussiya"sından 85 milyon avroya transfer edib. Ön xətt oyunçusu komandanın heyətində meydana çıxdığı 82 rəsmi matçda 12 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi