İngiltərənin "Arsenal" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, London təmsilçisinin yarımmüdafiəçisi Bukayo Saka sıradan çıxıb. 22 yaşlı vinger ötən gec Çempionlar Liqası qrup mərhələsinin "Lans"la matçında dizindən zədələnib.
Baş məşqçi Mikel Arteta futbolçunun zədəsinin ciddi olduğunu açıqlayıb. Sakanın son durumu tibbi müayinədən sonra bilinəcək.
Qeyd edək ki, Bukayo Saka "Arsenal"ın yetirməsidir. İngiltərə millisinin üzvü cari mövsümdə "topçular"ın heyətində meydana çıxdığı 10 rəsmi matçda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi