İngiltərənin "Tottenhem" klubunun heyətində növbəti ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, London təmsilçisinin yarımmüdafiəçisi Manor Solomon sıradan çıxıb. İsrailli vinger komandanın məşqi zamanı sağ dizindən zədə alıb.
24 yaşlı ön xətt oyunçusu bu gün əməliyyat olunub. O, 2023-cü ilin sonuna kimi komandaya kömək edə bilməyəcək. Futbolçu yanvar ayında yaşıl meydanlara qayıdacaq.
"Tottenhem" Manor Solomonu mövsümün əvvəlində "Şaxtyor"dan transfer edib. İsrail millisinin üzvü Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 6 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.
Qeyd edək ki, "Tottenhem"in futbolçuları İvan Perişiç və Brennan Conson da zədə səbəbindən komandadan ayrı düşüb.
saytlarin hazirlanmasi