İngiltərənin "Nyukasl" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Bruno Bruno Gimaraeşin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı yarımmüdafiəçi 2028-ci ilin yayına kimi "sağsağanlar"a məxsus olacaq. Futbolçunun sərbəstqalma məbləği 100 milyon avro təyin olunub.
Qeyd edək ki, "Nyukasl" Bruno Gimaraeşi 2022-ci ilin yanvar ayında "Lion"dan transfer edib. 25 yaşlı orta xətt oyunçusu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi