Millimizdə itki: "Neftçi"nin futbolçusu toplanışı tərk etdi

18:25 - 9 Oktyabr 2023

Azərbaycan milli komandasının heyətindı ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Eddi İsrafilov zədə səbəbindən yığmanın düşərgəsini tərk edib. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

"Neftçi"nin yarımmüdafiəçisi AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də Estoniya, 16-da isə Avstriya yığması ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə təşkil olunmuş təlim-məşq toplanışında iştirakını dayandırıb.

Xəbər xətti