"Arsenal"ın futbolçusu Belçika millisindən ayrıldı

20:23 - 9 Oktyabr 2023

Belçika milli komandasının heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, "qırmızı şeyutanlar"ın futbolçusu Leandro Trossard zədələnib. "Arsenal"ın yarımmüdafiəçisi yığmanın düşərgəsini tərk edib.

28 yaşlı vinger Belçika seçməsinin Avro-2024-ün seçmə mərhələsi çərçivəsində Avstriya və İsveçə qarşı keçirəcəyi matçdarda iştirak etməyəcək.

Xəbər xətti