İnzagi A Seriyası klubunun baş məşqçisi təyin olundu

22:37 - 10 Oktyabr 2023

İtaliyanın "Salernitana" klubunun yeni klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki. A Seriyası təmsilçisini Filippo İnzagi çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Salernitana" 50 yaşlı mütəxəssislə 2023/2024 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Filippo İnzagi son olaraq B Seriyası təmsilçisi "Reccina"nı çalışdırıb. O, avqust ayında klubdan ayrılmışdı.

Xəbər xətti