Emin Mahmudov: "Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik"

19:08 - 12 Oktyabr 2023

Azərbaycan milli komandası Avro-2024-ün seçmə mərhələsi çərçivəsində sabah səfərdə Estoniya yığmasının qonağı olacaq

Sportal.az xəbər verir ki, kapitan Emin Mahmudov qarşılaşmadan öncə keçirilən mətbuat konfransında açıqlama verib:

"Bizim üçün vacib oyundur. Yaxşı nəticə ilə evə qayıtmaq niyyətindəyik. Hazırda yalnız millini düşünürəm. Milliyə maksimum xeyir vermək istəyirəm. "Neftçi" haqda komandaya qayıdandan sonra düşünəcəyəm. Sabah bizim üçün vacib gündür. Bu oyunda qələbə qazanmaq istəyirik. Digər matçlar ağır olsa da, maksimumu etmək üçün meydana çıxmalıyıq. Sabah qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

Xəbər xətti