Millimiz Şimali İrlandiyaya məğlub oldu

19:57 - 12 Oktyabr 2023

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportal.az xəbər verir ki, Samir Əliyevin baş məşqçi olduğu yığma Bakıda Şimali İrlandiyanı qəbul edib. "Azərsun Arena"dakı qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan millisi ilk oyunda səfərdə Serbiyaya 0:2 hesabı ilə məğlub olmuşdu.

Xəbər xətti