Canni De Byazi: "Yaxşı oyun göstərdik"

22:54 - 13 Oktyabr 2023

Azərbaycan milli komandası Avro-2024-ün seçmə mərhələsi çərçivəsində səfərdə Estoniyanı 2:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, yığmamızın baş məşqçisi Canni De Byazi qarşılaşmadan sonra açıqlamalar verib:

“Oyuna yaxşı başladıq, erkən dəqiqədən qol vurduq. Fiziki cəhətdən güclü rəqibə qarşı mübarizə apardıq. Bu cür oyunda çox qaçmalısan, mübarizə aparmalısan. Əgər bunu etməsəydik, çox çətin ola bilərdi. Yaxşı oyun göstərdik. Əvəzetmələrə gəlincə, Rahil Məmmədov, Emin Mahmudov və Mahir Emrelini sarı vərəqələri olduğu üçün əvəzlədim”.

Xəbər xətti