Qeyri-qanuni mərc oyunlarında iştirakda ittiham olunan Sandro Tonali qumar asılılığından əziyyət çəkir.
Sportal.az xəbər verir ki, "Nyukasl"ın yarımmüdafiəçisi menecerinin müalicə almaq təklifini qəbul edib. Bu barədə "Corriere Della Sera" nəşri məlumat yayıb.
23 yaşlı futbolçu psixoloji yardım alacaq. İtaliya millisinin üzvü bu yolla qumar alüdəçiliyindən xilas olacağına inanır.
Qeyd edək ki, "Nyukasl" Sandro Tonalini mövsümün əvvəlində "Milan"dan 70 milyon avroya transfer edib. Orta xətt oyunçusu Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi oyunda 1 qol vurub.
saytlarin hazirlanmasi