İtaliya çempionatının ən yaxşısı açıqlandı

16:16 - 14 Oktyabr 2023

İtaliya A Seriyasında sentyabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Sportal.az xəbər verir ki, başa çatan ayın ən yaxşısı adına "Milan"ın futbolçusu Rafael Leao layiq görülüb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı vinger azarkeşlər arasında keçirilən sorğuda Domeniko Berardi ("Sassuolo"), Federiko Kyeza ("Yuventus"), Andrea Kolpani ("Monza"), Covanni Di Lorenzo ("Napoli") Lautaro Martinesi ("İnter").geridə qoyub.

Qeyd edək ki, Rafael Leao sentyabr ayında ölkə çempionatında meydana çıxdığı 5 amtçda 3 qol vurub.

Xəbər xətti