Millimiz Özbəkistana uduzdu

20:13 - 14 Oktyabr 2023

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda qüvvəsini sınayıb.

Sportal.az xəbər verir ki, yığmamız Özbəkistanlı həmyaşıdları ilə üz-üzə gəlib. Daşkənddə baş tutan qarşılaşma Asiya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, iki gün sonra bu komandalar arasında növbəti oyun keçiriləcək.

Xəbər xətti