İtaliyada mərc qalmaqalı böyüyür

21:20 - 14 Oktyabr 2023

İtaliya futbolu son günlərdə mərc qalmaqalı ilə gündəmdədir.

Sportal.az xəbər verir ki, "Yuventus"un futbolçusu Nikola Facoli ilə başlayan araşdırmalardan sonra Nikolo Zaniolo və Sandro Tonali də mərc oyunlarında iştirak etməkdə şübhəli bilinib.

"La Republica"da yer alan məlumata əsasən, "Roma"nın 21 yaşlı yarımmüdafiəçisi Nikolo Zalevski də mərc oyunlarının iştirakçısıdır. Polşa millisinin üzvü ötən mövsüm mayın 22-də "Salernitana"ya qarşı matçda sarı vərəqə alacağına pul qoyuluşu edib. Nəşr qeyd edib ki, Zalevski 90+4-cü dəqiqədə sarı vərəqə alıb.

Xəbər xətti