"Yuventus"un futbolçusu Nikolo Facioli ağır cəzaya məruz qalıb.
Sportal.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi 7 ay müddətinə futboldan uzaqlaşdırılıb. Bu barədə "Sky İtalia" məlumat yayıb.
İtaliya millisinin üzvü qeyri-qanuni mərc oyunlarında iştirak etdiyi üçün cəzalandırılıb.
Qeyd edək ki, Nikolo Facioli "Yuventus"un yetirməsidir. İtaliyalı orta xətt oyunçusu cari mövsümdə Turin təmsilçisinin heyətində meydana çıxdığı 6 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi