"Mançester Yunayted"in hücumçusu Rasmus Hoylund onun Erlinq Haalandla müqayisə olunmasına münasibət bildirib.
Sportal.az xəbər verir ki, ölkəsinin mətbuatıda danışan danimarkalı forvard "Mançester Siti"də çıxış edən həmkarını dünyanın ən yaxşı hücumçusu adlandırıb. 20 yaşlı futbolçu gələcəkdə Haalandın səviyyəsinə çatmaq istədiyini bildirib:
"Ümid edirəm bir gün onun səviyyəsinə çata bilərəm. Amma hazırda bunun üçün çox tez olduğunu düşünürəm. Erlinq ən yaxşı futbolçu olmasa da, hər halda dünyanın ən yaxşı hücumçusudur. Həqiqətən də onunla müqayisə olunmaq istəmirəm. Bəlkə də nə vaxtsa onun səviyyəsinə çataram. Kim bilir? Hələ 20 yaşım var. Baxaq görək işlər necə gedəcək".
saytlarin hazirlanmasi