“Mançester Yunayted”in rəhbərliyi hücumçu Meyson Qrinvudun klubdakı gələcəyi ilə bağlı qərar verib.
Sportal.az İngiltərə mediasına istinadən xəbər verir ki, “Xetafe”də icarə əsasında çıxış edən 22 yaşlı forvard performansından asılı olmayaraq, yayda "qırmızı şeytanlar"ı tərk edəcək. Onun "Mançester Yunayted"lə müqaviləsi bu yay başa çatır.
Qeyd edək ki, Meyson Qrinvud təcavüzdə ittiham olunduğu üçün bir müddət həbs həyatı yaşayıb.
saytlarin hazirlanmasi