"Liverpul"un heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Mersisayd təmsilçisinin müdafiəçisi Endryu Robertson sıradan çıxıb. 29 yaşlı futbolçu çiynindən zədə alıb.
Şotlandiya millisinin düşərgələsində zədələnən sol cinah müdafiəçisi ilin sonuna kimi meydana çıxa bilməyəcək.
Qeyd edək ki, Endyu Robertson cari mövsümdə "Liverpul"un heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi