İngiltərəli əfsanəvi futbolçu vəfat etdi

19:27 - 21 Oktyabr 2023

Əfsanəvi ingiltərəli futbolçu Bobbi Çarlton dünyasını dəyişib.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted"in keçmiş yarımmüdafiəçisi 86 yaşında vəfat edib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Qeyd edək ki, Bobbi Çarlton "Mançester Yunayted"dən başqa "Preston", "Vaterford", "Melburn", "Banqor Siti", "Nyukastl" və "Blektaun" klublarında çıxış edib. O, İngiltərə millisinin heyətində keçirdiyi 106 rəsmi matçda 49 qol vurub. Çarlton yığma komanda ilə 1966-cı ildə dünya çempionu olub.

Xəbər xətti