London derbisində 4 qol - VİDEO

22:36 - 21 Oktyabr 2023

İngiltərə Premyer Liqasında 9-cu turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün "Çelsi" doğma meydanda "Arsenal"ı qəbul edib. London derbisi 2:2 hesablı bərabərliklə başa çatıb.

9 turdan sonra 21 xal toplayan "Arsenal" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 12 xalı olan "Çelsi" isə 9-cu yerdədir.

"Çelsi" - "Arsenal" 2:2

Qollar: Koul Palmer, 15 (pen), Mixaylo Mudrik, 48 - Deklan Rays, 77, Leandro Trossard, 84

Xəbər xətti