Tonalinin cəzası bəlli oldu: Mövsümün sonuna kimi oynamayacaq

14:32 - 25 Oktyabr 2023

Qeyri-qanuni mərc oyunlarında iştirak etdiyi iddia olunan Sandro Tonali ilə bağlı araşdırma yekunlaşmaq üzrədir.

Sportal.az xəbər verir ki, "Nyukasl"ın yarımmüdafiəçisini ağır cəza gözləyir. Bu barədə Fabritsio Romano məlumat yayıb.

23 yaşlı futbolçu 10 ay müddətinə futboldan uzaqlaşdırılacaq. Bu, isə İtaliya millisinin üzvünün mövsümün sonuna kimi oynamayacağı deməkdir. Rəsmi qərarın qısa zaman ərzində açıqlanacağı gözlənilir.

Xəbər xətti