İngiltərədə Mançester derbisi

14:19 - 29 Oktyabr 2023

İngiltərə Premyer Liqasında 10-cu turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün turun mərkəzi matçında "Mançester Yunayted" doğma meydanda "Mançester Siti"ni qəbul edəcək. Mançester derbisi Bakı vaxtilə saat 19:30-da start götürəcək.

9 turdan sonra 21 xal toplayan "Mançester Siti" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Aktivində 15 xal olan "Mançester Yunayted" isə 8-ci yerdədir.

Xəbər xətti