İngiltərənin "Çelsi" klubuna ağır cəza verilə bilər.
Sportal.az xəbər verir ki, London təmsilçisi 2013-cü ildə Samuel Eto'o və Villianın transferində qanun pozuntusuna yol verib. Bu barədə ESPN nəşri məlumat verib.
Roman Abramoviçin klubun prezidenti olduğu dönəmdə iki oyunçunun transferi zamanı maliyyə fırıldağı olduğu iddia olunur. İddialar təsdiqini tapsa, Premyer Liqa təmsilçisinə transfer qadağası tətbiq olunacaq və xalları silinəcək.
"Çelsi" daha əvvəl 2012-2019-cu illərdə həyata keçirdiyi futbolçu keçidlərində qanun pozuntusuna yol verdiyi üçün 10 milyon avro məbləğində cərimələnmişdi.
saytlarin hazirlanmasi