"Mançester Yunayted"in heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın yarımmüdafiəçisi Kazemiro sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı futbolçu İngiltərə Kubokunun "Nyukasl"la matçındaq dizindən zədələnib. Klub 31 yaşlı orta xətt oyunçusunun bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Kazemiro cari mövsümdə "Mançester Yunayted"in heyətində meydana çıxdığı 12 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi