"Mançester Yunayted"dən çətin qələbə - VİDEO

22:23 - 4 Noyabr 2023

İngiltərə Premyer Liqasında 11-ci turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün "Mançester Yunayted" səfərdə "Fulhem"in qonağı olub. Qarşılaşma "qırmızı şeytanlar"ın minimal hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 18-ə yüksəldən "Mançester Yunayted" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.12 xalı olan "Fulhem" isə 14-cü yerdədir.

"Fulhem" - "Mançester Yunayted" 0:1

Qol: Bruno Fernandes, 90+1

Xəbər xətti