Premyer Liqada ayın məşqçisi açıqlandı

18:11 - 10 Noyabr 2023

İngiltərə Premyer Liqasında oktyabr ayının ən yaxşı baş məşqçisinin adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, "Tottenhem"i çalışdıran Anje Postekoqlu başa çatan ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

58 yaşlı mütəxəssis sorğuda bütün rəqiblərini qabaqlamağı bacarıb.

Qeyd edək ki, "Tottenhem" Premyer Liqada oktyabr ayında keçirdiyi 3 oyunun hər birində qələbə qazanıb.

Xəbər xətti