Millimiz Moldova ilə heç-heçə etdi

17:05 - 14 Noyabr 2023

19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportal.az xəbər verir ki, Həbib Ağayevin baş məşqçisi olduğu kollektiv üçüncü - sonuncu matçda Moldova ilə üz-üzə gəlib. Qarşılaşma qolsuz bərabərliklə bitib. 

Qeyd edək ki, U-19 daha əvvəl Sloveniyaya 0:9, Kosovoya 0:3 hesabı ilə uduzub. Yekunda Sloveniya 9, Kosovo 6, Moldova və Azərbaycan hərəyə 1 xal qazanıb.

Xəbər xətti