"Napoli" yeni baş məşqçisini açıqladı

20:02 - 14 Noyabr 2023

İtaliyanının "Napoli" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, son ölkə çempionunu Valter Madzarri çalışdıracaq. Bu barədə Neapol təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

62 yaşlı mütəxəssislə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

"Napoli" bu gün baş məşqçi Rudi Qarsiya ilə yollarını ayırıb.

Qeyd edək ki, Valter Madzarri son olaraq "Kalyari"ni çalışdırıb. İtaliyalı mütəxəssis 2009-2013-cü illərdə "Napoli"nin baş məşqçisi olub.

Xəbər xətti