Azərbaycan milli komandası Avro-2024-ün seçmə mərhələsi çərçivəsində bu gün Bakıda İsveç seçməsini qəbul edəcək.
Sportal.az xəbər verir ki, yığmamızın baş məşqçisi Canni De Byazi qarşılaşma üçün 23 nəfərlik heyəti müəyyənləşdirib.
İtaliyalı mütəxəssis 27 nəfərlik geniş heyətdə yer alan 4 futbolunun adını İsveçlə görüşün heyətindən kənarlaşdırıb. Bunlar Rüstəm Əhmədzadə ("Zirə), Səbuhi Abdullazadə ("Sumqayıt"), Cəlal Hüseynov (“Arda Kaerdzali”, Bolqarıstan) və Emil Səfərovdur ("Qəbələ)".
Qeyd edək ki, Azərbaycan - isveç qarşılaşması bu gün saat 21:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
saytlarin hazirlanmasi