Azərbaycan milli komandası Avro-2024-ün seçmə mərhələsi çərçivəsində Bakıda İsveç yığmasını 3:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, matçdan sonra AFFA prezidenti Rövnəq Abdullayev jurnalistlərin suallarını cavablandırıb:
- Milli axır ki, bizləri, azarkeşləri sevindirdi. Bu, artıq bir dönüşdür. Çempionatımız çox maraqlı gedir. Lider, axırda qalan yoxdur. Bugünkü oyun da bunun nəticəsidir. Hamını təbrik edirəm.
- Bu qələbədən sonra Canni De Byazinin baş məşqçi postunda qalması nə dərəcədə realdır?
- Hələ bu məsələ müzakirə olunmur. Bu, AFFA İcraiyyə Komitəsinin işidir. Qarşıda bir oyun var. De Byazinin fatihəsini verməkdənsə, ona uğurlar arzulayaq ki, komanda Belçikada yaxşı oyun göstərsin.
- Belçikadakı nəticə baş məşqçi üçün həlledici olacaq?
- Bəli. Hər şey ola bilər. Bu gün komandaya uğurlar arzulayaq ki, uşaqlar bu əhval-ruhiyyə ilə Belçikaya qarşı yaxşı mübarizə aparsın.
- Mart ayında yenidən AFFA -nın prezidenti vəzifəsində qalacaqsınız?
- Ona baxarıq.
Elçin Əlixan
saytlarin hazirlanmasi