Emin Mahmudov: "Belə komandalara qarşı bəxtimiz də olmalıdır"

09:48 - 17 Noyabr 2023

Millimizin kapitanı Emin Mahmudov Avro-2024-ün seçmə mərhələsinin İsveçlə matçından sonra jurnalistlərə açıqlama verib.

Sportal.az xəbər verir ki, 3:0 hesablı qalibiyyətə 2 qolla töhfə verən 31 yaşlı yarımmüdafiəçi bu oyunun həmişə yaddaşında qalacağını bildirib:

"Bu oyun həmişə yadımda qalacaq. Azarkeşlər də bizdən yaxşı oyun və qələbə gözləyirdi. Bu gün vuruşduq və istədiyimiz nəticəni qazandıq. Əsas məqsədim komandaya xeyir verməkdir. Qollar vurduğum üçün də sevinirəm".

"Neftçi"nin üzvü 2 gün sonra qarşılaşacaqları Belçika haqda danşıb. Təcrübəli oyunçu rəqibin çox güclü olduğunu deyib:

"Təbii ki, Belçika millisi çox güclüdür. Rəqib komandada dünya səviyyəli futbolçular mübarizə aparır.  Belə komandalara qarşı bəxtimiz də olmalıdır".

Xəbər xətti